Bakıdan Gəncə və Şəkiyə qanunsuz sərnişin daşıyan 2 nəfər həbs olundu






Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

dogruxeber.tv bildirir ki,Baş Prokurorluğun Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq ölkə ərazindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə apararaq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Daşdəmirov və H.İsgəndərovun üzərlərindən nömrələnmiş pul əskinasları aşkar edilərək götürülüb, onların hər ikisi törətmiş olduqları qanunsuz əməlləri etiraf edib və bu audio-video çəkilişlərlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma davam etdirilməklə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Binəqədi və Qaradağ rayon məhkəmələrinə göndərilib.

Məhkəmələrin müvafiq qərarlarına əsasən E.Daşdəmirov və H.İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq barələrində 20 gün müddətinə inzibati həbs seçilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır: “Bildirmək istəyirik ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermis şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaqdır”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər