MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU – “Akkord”un 1 milyonluq borcu nədən yaranıb?









Hələ 2006-cı ildə dövlət qeydiyyatına alınan və uzun illər Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən biri olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın külli miqdarda vergi borcu yaranıb.

Azinforum.az xəbər verir ki, şirkətin vergi borci 1 milyon manata yaxın – 980 min 418 manat təşkil edir. Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata istinadla məlumat yayıb. Qeyd edək ki, bu məbləğ şirkətin 22 iyun 2020-ci il tarixinə olan vergi borcunu əks etdirir və vergi xidmətinin məlumat bazasında yer almaqdadır.

Tikinti sektorunun iri şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb. Lakin fəaliyyətə başladığı ilk vaxtlardan şirkət barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. Onun gah bir, gah digər iri ranqlı məmur-oliqarxla bağlı olduğu iddia edilib. Və bu vaxt daha çox “köhnə komanda”ya aid şəxslərin adları çəkilib. Bir müddət əvvəl mətbuatda şirkətin sahibinin dəyişdiyi, təhvil verildiyi barədə də məlumatlara rast gəlinib.

Bununla yanaşı, hazırda heç də ölkənin ən böyük və güclü şirkətləri sırasında yer almayan “Akkord”-un belə böyük məbləğdə vergi borcunun yaranmasının səbəbi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və rəsmi olaraq, qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.Ancaq mətbuatda yayılan məlumatlarda şirkətin real sahibinin sabiq baş prokuror Zakir Qaralov olduğu göstərilib. Elə “Akkord”-un yarandıqdan qısa müddət sonra böyük layihələr həyat keçirməyə başlaması və sonrakı dövrlərdəki fəaliyyəti də onun arxasında güclü himayədarının olduğundan xəbər verib. Mümkündür ki, rəsmi gəlirinə görə hesablanmış vergini belə buna görə ödəməyə bilib…
MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU – “Akkord”un 1 milyonluq borcu nədən yaranıb?

Son xəbərlər

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

Bütün xəbərlər