"Semaşko"da bu gecə 20 koronavirus xəstəsi ölüb? - RƏSMİ AÇIQLAMA










Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.

dogruxeber.tv xəbər verir ki, axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib: "Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu doğru deyil. Biz bəzən vəziyyəti orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar".

Məlumat üçün bildirək ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Mərkəzə xəstə qəbulu dayandırılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib. Son məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Oxunub: 707

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər