dunya
24.06.2020, 15:49
300-dən çox afroamerikalı aktyor Hollivuddan irqçiliyə son qoymağı tələb etdi

ABŞ-ın kino sənayesində çalışan 300-dən çox afroamerikalı, qaradərililərin birbaşa və dolayı kriminallaşdırılmasına son qoymaq tələbi ilə Hollivudun baş nümayəndələrinə açıq məktub yazıblar. Aktyorların fikrincə, bu, artıq sistematik irqçilik halını alıb.
dogruxeber.tv bildirir ki, məktubdan sitatlar "Variety" jurnalında dərc olunub.
"Hollivudun və əsas medianın qaradərililərin kriminallaşdırılmasına, hüquq sisteminin pozulmasına və polislər arasında korrupsiya və zorakılığın yayılmasına dəstək verməsi afroamerikalıları çıxılmaz vəziyyətə salır", - deyə məktubda bildirilir.
(Big.az)


