Bakıda saxta “İvanovka” məhsullarını kim satır?











Bu gün mağazalarda satılan, üzərində İvanovka adı yazılan yağ, pendir, şor və bu kimi məhsulların hamısı saxtadır. İşbazlar əhalinin Sovet illərindən İvanovka məhsullarına olan marağından istifadə edir. Bu gün Azərbaycanda hələ mənim tanıdığım iki firma – “Uzun ömür” MMC və “Qafqaz” MMC İvanovka mal adı altında çox sayda saxta süd məhsulları hazırlayır.

Dogruxeber..az bildirir ki, bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mağazalarda satılan saxta İvanovka məhsulları ilə bağlı danışarkən deyib.

E.Hüseynov bildirib ki, 10 ildən çoxdur ölkədə saxta “İvanovka” adı altında satılan məhsullar və onun istehsalçıları ilə mübarizə aparır.

Sədr bildirib ki, bu məhsulların İvanovka kəndinə heç bir aidiyyəti yoxdur:

“İvanovka kəndində yerləşən Nikitin kolxozunun sədri və İsmayıllı rayonunun keçmiş başçısı ilə bu barədə dəfələrlə danışmışam. Bu danışıqlar zamanı məlum olub ki, “İvanovka” adı altında saxta məhsullar hazırlayıb satan adını çəkdiyim iki MMC Nikitin kolxozu ilə saxta müqavilə imzalayıb. Müqavilədə göstərilir ki, guya həmin MMC-lər kolxozdan süd məhsulları alır. Ancaq apardığımız tədqiqatlar göstərib ki, həmin saxta məhsulları hazırlayan firmalar kolxozdan heç bir süd məhsulu almır, imzalanmış müqavilə də saxtadır. Bakı ətrafında yerləşən bu iki MMC-nin illərdir satışa çıxardığı məhsulların İvanovkla kəndinə heç bir aidiyyəti yoxdur”.

E.Hüseynov bildirib ki, bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyinə müraciət edilib:

“Bakıda hazırda saxta İvanovka məhsullarının satışını həyata keçirən 20 obyekt fəaliyyət göstərir. Cəmi 3 mağaza var ki, həqiqətən də İvanovka məhsullarının satışını həyata keçirir. O mağazalar da Sovet illərindən fəaliyyət göstərən mağazalardır”.

E.Hüseynov bildirib ki, bu günə qədər heç bir müəssisə “İvanovka” mal nişanını dövlət qeydiyyatına aldırmayıb:

“Bu ad altında satılan məhsullar yalançıdır və ifşa olunmalıdır. Bizim illərdir apardığımız mübarizəyə baxmayaraq, cəmi 2 mağazanın bağlanmasına nail olmuşuq. Ancaq insan sağlamlığına ziyan olan, mənşəyi məlum olmayan saxta ad altında hazırlanan bu qidaların satışını həyata keçirən obyektlərin hamısı bağlanmalıdır”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər