“Kanal rəhbərləri mövqeyi olanları işə götürmür”












“Məni kədərləndirən mövzulardan biri də mövqesizlikdir. Bizim insanlarda bir tendensiya var: “Mənə yaxşıdırsa, niyə başımı ağrıdım?” Bu, kökündən səhv və problemlər gətirən bir anlayışdır. Gənclərimiz var ki, mövqeləri formalaşıb, cəmiyyətdə olan problemlərə göz yummurlar, hardasa yazır, səsləndirirlər. Onlar əfsuslar olsun ki, xalq düşməni kimi qəbul olunur. Ən böyük problem budur”.

dogruxeber.tv “Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova deyib. O, “Əkinçi” adlı yutub layihəsinə qonaq olarkən televiziyada olan problemlərdən danışıb. Aparıcı qeyd edib ki, indi əksər insanların mövqeyi yoxdur və TV rəhbərləri bu cür insanlarla çalışmaq istəyir:

“Rəhbərlər də mövqeyi olan insanları işə götürmürlər. Onlar seçimini mövqesiz insanlardan yana edir. O rəhbərlər düşünmürlər ki, “bəli müəllim, siz deyəndi” deyən həmin insan səhəri bu sözləri başqasına deyəcək, yaltaqlanacaq. Mövqeyi olmayan insan satqınlıq edə bilər, yalan danışar. Cəmiyyətin bir problemini işıqlandıran şəxs sənə pislik etmir ki? Əksinə ürəyi yanır. Ölkəni sevdiyi üçün, problemi aradan qaldırmaq üçün bunları edir. Əslində mövqeyi olan insanlara iş, vəzifə şəraiti yaradılmalıdır. Həmin problemləri bu insanlar aradan qaldıra bilər. Televiziyada çalışan insanlara səslənirəm. Qoymayın ki, sizi mövqesizləşdirsinlər, rəndələsinlər, boz rəngə çevirsinlər.Çünki gələcəyiniz öz mövqeyiniz üzərində qurulacaq. Sözünüzü deməyi bacarın”.

Oxunub: 748

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər