sosial / hadise
29.06.2020, 14:13
Ceyranbatan yaxınlığında yenə yanğın oldu

Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb.
dogruxeber.tv bildirir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Ceyranbatan su anbarının yaxınlığında quru kol-kosların yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvələri əraziyə cəlb olunub. Qısa zamanda yanğın nəzarətə götürülüb.


