DİN-in səlahiyyəti artırıldı












Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb.
dogruxeber.tv “Qafqazinfo”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilib.Belə ki, əvvəllər Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş (Parklanma qaydalarının pozulması) inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) nəzərdə tutulmuş hallara münasibətə Bakı Nəqliyyat Agentliyi nəzarət edirdi. Artıq Daxili İşlər Nazirliyi də Bakı şəhərinin ərazisində bu qaydaların pozulmasına nəzarət edəcək.

Həmçinin Fərmanın 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilib. Həmin Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”;

Eyni zamanda, Fərmana 5.33-2-ci bənd əlavə edilib.

Belə ki, həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”.

Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görəcək.

Prezident Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər