gundem
17.07.2020, 11:40
Hakerimiz erməni polisinin saytını dağıtdı

Ermənilərə məxsus daha bir neçə sayt azərbaycanlı haker tərəfindən sındırılıb.
dogruxeber.tv bildirir ki,bu barədə Axar.az-a "Fədai" təxəllüslü haker məlumat verib.
O bildirib ki, sındırılmış saytların siyahısında Ermənistan Polisinin (https://www.police.am) və Korrupsiyanın Qarşısının Alınması Komissiyası (http://cpcarmenia.am) saytı da alıb.
Saytlarda bütün məlumatlar, o cümlədən baza məlumatları var.
Paylaşılmış məlumata buradan baxa bilərsiniz.


