Daha 61 market və kafedə qanunsuzluq aşkarlandı - FOTO













Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən Lent.az -a daxil olan xəbərə görə, iyulun 19-da AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 31 ictimai iaşə obyekti, 142 ərzaq satışı mağazası olmaqla ümumilikdə 173 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 61-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:
“Yeganə”, “Xəzər”, “Şəki” marketlər, Abbasov Elvin Murad oğluna, Alıyev Səbuhi Oqtay oğluna, Çolaxov Vüsal Nizami oğluna, Aşurov Vaqif Həqiqət oğluna, Quliyeva Xanım İsmayıl qızına, Bayramov Zaur Zakirəli oğluna, Səlimov Saleh Sahib oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
Şabran rayonunda Zeynalov Seymur Xankişi oğluna, Sədrəddinov Hacıməmməd Eyyub oğluna, Balabəyov Baxış Balabəy oğluna, Cavadov Gündüz Qənbər oğluna, İsayev Mürsəl Əlövsət oğluna, Pirzadayev Bahadır Nadir oğluna məxsus kafelər
Göyçay rayonunda “Göygöl”, “İnci”, “Bizim bağ”, “Röya”, “Nar”, “De luxe” kafelər, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe, “Qoca qovaq” yeməkxanası, İsrafilov Ənvər Sirac oğluna məxsus market, “Ümid” ərzaq mağazası
Şamaxı rayonunda “VİP”, “888”, “Favorit”, “Qoşqar” marketlər, “Mədinə” dönər evi, “Zümrüd” restoranı
İsmayıllı rayonunda “Paşa” market, “Mican”, “Halal”, “Samovar” və “Relax” kafelər
Sabirabad rayonunda Xəlilov Namiq Güloğlan oğluna məxsus kafe, Mirzəyeva Səadət Məmmədxan qızına məxsus ərzaq mağazası
Saatlı rayonunda Musayev Asif Feyzi oğluna və Məhərrəmov Seymur Yaqub oğluna məxsus ərzaq mağazaları
Neftçala rayonunda Kərimov Abı Meybulla oğluna məxsus kafe
Oğuz rayonunda Məmmədov Şirxan Fəxrəddin oğluna, Şabanov Azər Bayraməli oğluna, İsmayılov Səlahəddin Tariyel oğluna məxsus ərzaq mağazaları
Yevlax rayonunda Həsənli Zəki Faiq oğluna, Misirov Çingiz Teyyub oğluna, Rəşidzadə Anar Sulika oğluna, Məmmədov Seymur İbiş oğluna məxsus ərzaq mağazaları, “Bəhrəm”, “Murad”, “Ömər” marketlər
Lənkəran rayonunda Bağırov Altay Şahab oğluna məxsus “Cənub” market
Gəncə şəhərində “Maliqoğlu”, “Tüfər”, “Zəhmət” marketlər, Zeynalova Ruhiyyə Möhsüm qızına məxsus market
Gədəbəy rayonunda “Mor-mor”, “Rafiq”, “Nur”, “Göyçə” kafelər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Daha 61 market və kafedə qanunsuzluq aşkarlandı - FOTO

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər