hadise
4.08.2020, 13:36
Göygöldə 38 yaşlı kişi arı sancmasından öldü

Göygöl sakini arı sancması nəticəsində vəfat edib.
dogruxeber.tv bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Aqil İsmayılov arı sancması nəticəsində həyatını itirib.
Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
(Yenisabah.az)


