dunya
17.08.2020
Rusiya bu peyvəndin ikinci sınaq mərhələsinə başladı

Novosibirsk "Vektor" Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzi koronavirusa qarşı vaksinin sınağının ikinci mərhələsinə başlayıb.
dogruxeber.tv bildirir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat yayıb.
Onun sözlərinə görə, növbəti sınaq mərhələsində iştirak edən könüllülər özlərini yaxşı hiss edirlər.
"Klinik sınaqların ikinci mərhələsi başladı. Peyvənd olunan könüllülərin səhhətində heç bir mənfi reaksiya müşahidə olunmayıb. İnyeksiya yerində ən kiçik qızartı belə yoxdur", - Popova bildirib.
Qeyd edək ki, peyvəndin mülki dövriyyəsi tədqiqatın üçüncü mərhələsindən, təxminən bir ay sonra başlayacaq.
(Axar.az)


