Azərbaycan qaz hasilatını və ixracını artırıb













Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib. dogruxeber.tv bildirir ki, qaz hasilatının 7 milyard kubmetri AÇG-dən, 11 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,3 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24 faiz çox, yəni 6,3 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,4 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 milyard kubmetr qaz nəql edilib.

Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust tarixinədək ümumilikdə 543,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 542,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172 milyard kubmetr, “Şahdəniz”dən isə 127,8 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 avqust tarixinədək 84,7 milyard kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neft emalı isə 2020-ci ilin 7 ayında 3,5 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 144 min ton az olub.
(Apa.az)
medium=left]http://dogruxeber.tv/uploads/posts/2020-08/1597754136_1597750809874_khft3nsv.jpeg[/medium]

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər