Qazla bağlı mühüm açıqlama














Azərbaycanda qaz hasilatı azalıb

2017-ci il ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, il ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilib. 2016-cı ildə bu göstərici müvafiq olaraq 10,7 milyard kubmetr qaz və 2,5 milyon ton kondensat olub.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

2017-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2,88 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir.

2017-ci ildə "Şahdəniz 1"-in Alfa platformasında SDA10 quyusu tamamlanıb və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

"Şahdəniz 2" üzrə, İstiqlal qazma qurğusu və "Maersk Explorer" hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb. "Şahdəniz 2"-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

"Şahdəniz"də iştirak payları: BP (operator - 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)/sonxeber.az

Son xəbərlər

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Bütün xəbərlər