Kürdəmirin deputatı başçının həbsindən nələr dedi?










Kürdəmir Rayon İcra Hakimiyyətində baş verənlərlə bağlı mediadan xəbər tutdum. Qərargahımla əlaqə saxlamışam. Hazırda Baş Prokurorluğun əməliyyatı davam edir, mənimsəmə, rüşvət faktları ilə bağlı araşdırmalara başlanılıb.
dogruxeber.tv xəbər verir ki,bunu Axar.az-a açıqlamasında 57 saylı Kürdəmir seçki dairəsinin deputatı Əminə Ağazadə deyib. Deputat bildirib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları oradadır:
“Bir neçə nəfər saxlanılıb. İcra başçısının saxlanması ilə bağlı məndə məlumat yoxdur. Dəqiq heç nə deyə bilmərəm. Məndə olan məlumata görə, birinci müavin və şöbə rəisi Natiq Kərimov saxlanılıb”.
Millət vəkili deputatı olduğu rayonda bu cür halların yaşandığına görə üzüldüyünü də vurğulayıb:
“Mən özüm də Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvüyəm. Uzun illər prokurorluq orqanlarında çalışmışam. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində genişmiqyaslı işlər görülür. Vətəndaşlar tərəfindən müraciətlər olur, araşdırılması ilə bağlı tədbirlər keçirilir. Yəqin ki, mənim təmsil etdiyim rayonda da bu cür faktlar olub. İstintaqın yekununu gözləməliyik. Ümid edirəm ki, bütün günahkarla layiq olduqları cəzanı alacaqlar”.
Qeyd edək ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir RİH-də əməliyyat keçirir. Əməliyyat zamanı icra başçısı və birinci müavini də daxil olmaqla, ən azı 5 nəfərin həbs edildiyi bildirilir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər