Hadi Rəcəblinin ailəsindən nəvəsinə toy etməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB













Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.

dogruxeber.tv Modern.az-a istinadən bildiri ki, məsələni dəqiqləşdirmək üçün Hadi Rəcəblinin ailəsi ilə əlaqə saxlanılıb.

Ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:

“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:

“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi - red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Hadi Rəcəblinin nəvəsi iki ildir ki, nişanlı imiş.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.

14:56

Sabiq millət vəkili Hadı Rəcəbli bu gün nəvəsinə toy mərasimi keçirəcək.

Bu barədə dogruxeber.tv-a məlumat verən mənbənin sözlərinə görə, toy “Sea Breeze” restoranında təşkil ediləcək.

Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.

Oxunub: 647

Son xəbərlər

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Bütün xəbərlər