Ağsu RİH-dən təkzib-VİDEO













“YouTube” şəbəkəsinin “MUM Tv” kanalında yayımladığınız 07.09.2020-ci il tarixli video-informasiyada Ağsu şəhər sakini Babayev Vasif Vaqif oğlu çıxış edərək su maşınının əlindən alındığı və işdən qanunsuz çıxarılmasından şikayətlənmiş, əvvəlki iş yerinə bərpa olunmasına kömək göstərilməsi barədə müraciətlərinə baxılmadığını bildirmişdir.

Video-müraciət tərəfimizdən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Vasif Babayev rayon “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin 05 yanvar 2017-ci il tarixli, 01 saylı əmri ilə sürücü kimi işə qəbul edilmiş və 06-AC-199 dövlət qeydiyyat nişanlı “ZOOMLİON” markalı su maşını ona təhvil verilmişdir. V.Babayev işlədiyi müddətdə verilən tapşırıqları vaxlı-vaxtında yerinə yetirməmiş, dəfələrlə rəhbərliklə kobud rəftar etmişdir. İşə istəyinə uyğun davam etmiş, avtomobildən daha çox öz xeyrinə, şəxsi məqsədləri üçün istifadə edərək verilmiş tapşırıqlara laqeyid yanaşmışdır. Müəssisənin rəhbərliyi tərəfindən dəfələrlə onunla aparılan izahedici söhbətlərdən, eləcə də xəbərdarlıqlardan nəticə çıxarmamışdır.

O, cari ilin yanvar ayında RİH başçısının qəbulunda olmuş, müəyyən tələblər irəli sürmüşdür. İzah olunmuşdur ki, məsələ ilə bağlı ilkin olaraq MMC-nin rəhbərliyinə müraciət etməlidir.

Bundan sonra müəssisənin rəhbərliyi bir daha onunla söhbət aparmış, ona tapşırılan işlərdə məsuliyyətli olmağı, şəhər ərazisində olan yaşıllıq sahələrinin suvarılması ilə bağlı müəyyən olunmuş müddətdə işə çıxmasını, istifadəsində olan avtomobilə vaxtlı-vaxtında texniki qulluq göstərməli olduğunu bildirmişdir. Lakin, V.Babayev tələblərlə razılaşmayaraq işdən azad olunmaq barədə ərizəsini təqdim etmişdir. Bu əsasla o, rayon “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin 28 yanvar 2020-ci il tarixli, 02 saylı əmri ilə işdən azad olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, V.Babayevin Ağsu Rayon İcra Hakimiyyətinə daxil olmuş 17.02.2020-ci il və 19.06.2020-ci il tarixli eyni məzmunlu ərizələrinə tərəfimizdən baxılaraq ona qanunamüvafiq cavablar verilmişdir. Odur ki, Vasif Babayevin müraciətlərinə baxılmaması barədə kanalınıza açıqladığı məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir və tələbi əsassızdır.

Bunları nəzərə alaraq “Youtube” şəbəkəsinin “MUM Tv” kanalında yayımladığınız video-informasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti

Oxunub: 869

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər