gundem / sosial
14.09.2020, 10:11
Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı - FOTO

Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Report”a faktı təsdiqləyib.


