1-ci Vitse Prezidenti evinə dəvət edən vətəndaş













Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya vətəndaş İnci Babayeva adından açıq məktub.
Xanım Mehriban Əliyeva, 09.09.2020 tarixində yarımtikili evimin tamamlanması ilə bağlı sizə ünvanladığım açıq məktubun mətbuatda paylaşılmasından sonra Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları - sosial, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdürü cənab Fikrət Namət oğlu Məmmədov, onun müavini Azad Məzahir oğlu Əzizov mənlə əlaqə saxladılar. İcra əməkdaşlarını evimə göndərərək, vəziyyətlə maraqlandılar. Evimin şəkilləri çəkildi, həqiqətən qış üçün şəraitsiz vəziyyətdə olduğunu gördülər.

17.09.2020 tarixində cənab Fikrət Məmmədovun qəbulunda oldum və Fikrət Məmmədov mənə məsələ üzrə araşdırılma aparıldığını, mənə məlumat veriləcəyini bildirdi. Bu gün - 21.09.2020 tarixində Azad Əzizovla telefon danışığı zamanı icra hakimiyyətinin buna büdcəsi olmadığını dedi və əllərindən heç nə gəlmədiyini bildirdi. Mənə sadəcə evimə qaz çəkilməsi ilə bağlı ərazi qaz idarəsinə və icra nümayəndəliyinə məktub göndərəcəklərini dedilər. Evimin təmiri o halda deyil ki, təkcə qaz yandırmaqla isinsin. İcra hakimiyyəti evimlə bağla əllərindən heç nə gəlməyəcəyini bildirir.

Əziz birinci xanım, payız düşüb, hal-hazırda qış belə deyil, amma mənim uşaqlarım evdə üşüyür. Azad Əzizov mənə gedib qohumlarımın evində qalmağımı məsləhət görür. Amma özü axşam işdən çıxdıqdan sonra isti və şəraitli evinə gedir.. Budurmu vətəndaşa göstərilən qayğı?

Mehriban xanım, qışı necə, hansı şəraitdə keçirəcəyimi düşünəndə uşaqlarıma görə qanım donur. Qızım artıq soyuqdan öskürür.. Mənim oğlum 12 ildən sonra əsgər gedib xalqa xidmət göstərməyə borclu olan icra əməkdaşlarının övladını, ailəsini, özünü qoruyacaq. O zaman mənim bu günkü günümü fikirləşib, heç vicdanları sızıldamayacaq?

Əziz Mehriban xanım, sizi və cənab prezidentimiz İlham Əliyevi son vaxtlar göstərdiyiniz səmimiyyətlə vətəndaşların evinə tez tez qonaq olduğunuzu bilərək və buna arxalanaraq evimə qonaq dəvət edirəm. Mənim gözüm üstündə yeriniz var.

Şəxsən sizin və cənab prezidentimizin gəlib evimin vəziyyətini görməyinizi istəyirəm. Xahiş edirəm, evimi şərəfləndirib, bizə qonaq gəlin, vəziyyətlə şəxsən tanış olun. Ümid edirəm ki, dəvətimi geri çevirməyəcəksiniz.

Hörmətlə Suraxanı rayon Hövsankənd, M.Ş.Vazeh küç, ev 1140 sakini Babayeva İnci Həsən qızı..
Redaksiyamız qarşı tərəfin söz haqqını tanıyır:

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər