hadise
24.09.2020, 13:33
Bakıda onkoloji xəstə intihar etdi

Bakıda 68 yaşlı kişi özünü öldürüb.
dogruxeber.tv bildirir ki, hadisə dünən Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binalarının birində baş verib.Rayon sakini, 1952-ci il təvəllüdlü Ənvər Eynulov yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun onkoloji xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo.az)


