sosial
25.09.2020, 12:33
Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub.
dogruxeber.tv bildirir ki,bu barədə Trend-ə kollegiyadan məlumat verilib.
Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.


