Mühakimə olunmuş sayt rəhbəri Apellyasiya Məhkəməsinə ümid edir












2020 Sentyabr 15 ( Çərşənbə axşamı ) 16:49:10
Çap et
English Русский
Bakı/15.09.20/Turan: Azərbaycan Ali Məhkəməsi infoplyus.tv saytının təsisçisi Cəlal Məmmədovun barəsində qərarı ləğv edib və işi təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

C.Məmmədov cinayət təqibini əsassız hesab edir və bəraət verilməsinə təkid edir.

Onun anası Nərminə Məmmədova Turan-a bildirib ki, Cəlal 2019-cu ilin avqustunda hədə-qorxu ilə tələb etmək ittihamı üzrə 5 il, 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onun sözlərinə görə, infoplyus.tv saytında əxlaqsızlıq yuvaları haqda faktlar ifşa edildikdən sonra Məmədov saxta ittiham əsasında həbs edilib.


“Cəlaldan şikayət edən şəxs vaxtilə Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğluya da şər atıb. O da mühakimə olunub, sonradan əfv edilib. Nəticədə bu adamın özünü əxlaqsızlıq yuvaları saxladığına görə mühakimə ediblər. Lakin o, oğlumdan əl çəkmir. Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə müddətini 2 il 3 aya qədər azaltsa da bundan kassasiya şikayəti verilib. Bundan sonra Ali Məhkəmə işi təkrar baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib”, - N.Məmmədova bildirib. O əmindir ki, onun oğlu prezidentin keçmiş köməkçisi Əli Həsənovun təqibinin qurbanı olub.

“Oğlumun həbsinin arxasında prezidentin keçmiş köməkçisi Əli Həsənov dayanır. Cəlal hakimiyyətin KİV sahəsində siyasətini tənqid edib. Əli Həsənovu işdən çıxardılar və onun fəaliyyətinin nəticələri də aradan qaldırılmalıdır”, - N.Məmmədova deyib.

O qeyd edib ki, oğlu Azərbaycan prezidentinə müraciət edib və dövlət başçısından ədalətin bərpa olunmasını xahiş edir.

Yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində işə təkrar baxılması gözlənilir.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər