Beş yaşlı oğlanı zorlayan Ağcabədi sakini həbs edildi













Şirvan Apellyasiya Məhkəməsinə Ağcabədi şəhər sakini Seymur Əliyevin (ad, soyad şərtidir) (1999-cu il təv.) CM-nin 153-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə məhkum olunmasına dair apellyasiya protestinə və şikayətinə baxılıb.
Seymur Əliyev ötən ilin may ayında yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindəki evinin həyətində qonşusu Elmar Məmmədova (2012-ci il təv.) qarşı güc tətbiq etmədən, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Uşağın valideynləri bu barədə xəbər tutub, polisə şikayət etdikdən sonra fakt üzrə cinayət işi başlanılıb.
Ağcabədi rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 2 il 6 ay müddətinə şərti cəza verilib. Hökmdən prokuror apellyasiya protesti, zərərçəkmişin qanuni nümayəndəsi isə apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər. Şirvan Apellyasiya Məhkəməsi işə baxaraq protesti və şikayəti təmin etməyib.
Qərardan narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə kasasiya protesti verib. Zərərçəkmişin anası da kasasiya şikayəti verərək, göstərib ki, Seymur Əliyev azyaşlı oğlunun köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxıb.
Ali Məhkəmə kasasiya protesti və şikayətini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən apellyasiya instansiyasına qaytarılıb.
Şirvan Apellyasiya Məhkəməsində yeni araşdırma zamanı çıxış edən zərərçəkmişin anası hökmdən narazı qaldığını bildirib. Onun sözlərinə görə, Seymur Əliyevin hərəkətləri düzgün maddə ilə qiymətləndirilməyib, əslində, o, CM-nin 152-ci (yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) maddəsində nəzərdə tutulan əməli törədib.
Çünki təqsirləndirilən şəxs oğlunu məqsədli şəkildə evin arxasına apararaq, ona qarşı əxlaqsız hərəkətlər edib, sonra da hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini tapşırıb. Qadın apellyasiya şikayətinin təmin edilməsini, Seymur Əliyevin həbs olunmasını xahiş edib. Prokuror da çıxışı zamanı birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib.
Qərara əsasən, prokurorun protesti və zərərçəkmişin qanuni nümayəndəsinin apellyasiya şikayəti təmin edilib. Ağcabədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, S.Əliyevə qarşı tətbiq olunan CM-nin 70-ci (şərti cəza) maddəsi xaric edilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, iclas zalında dərhal həbs edilib. (Oxu.Az)

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər