Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar












Azərbaycan Avtomobil Federasiyası (AAF) Milli Orduya dəstək olaraq “Pikap” tipli avtomobillər təqdim edib.

dogruxeber.tv bildirir ki, Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “pikap” tipli avtomobillər təqdim edib.

Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyarlara töhfə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.

AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Azərbaycan xalqı tarixi bir gün yaşayır: “Ordumuz Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əməliyyatları əzmlə, uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədən qürur və iftixar hissi duyuruq. Bu çətin günlərdə hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşib həmrəy olmalıyıq.

Bu həmrəyliyə qoşularaq öz növbəsində Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərovun tapşırığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qərargahına 10 ədəd "pikap" tipli avtomobillər təhvil verilib. Doğrudur, bu gün Ordunuz yüksək səviyyədə təchiz olunur. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan Ordumuzun bugünkü gündə heç bir əlavə yardıma ehtiyacı yoxdur. Laki bu aksiya ilə bir daha Vətən uğrunda ön və arxa cəbhədə mübarizə aparan soydaşlarımızla birlikdə olduğumuzu nümayiş etdirmək istədik”.
(Qafqazinfo.az)
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün 10 “Pikap” təqdim etdi - Fotolar

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər