Ermənilər Tərtərdə Milli Qəhrəmanın büstünü top atəşinə tutdu










Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.

dogruxeber.tv bildirir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi mülki evlər və inzibati binalarla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun Tərtər şəhərində yerləşən Veteranlar bağındakı büstünün üzərinə düşüb. Nəticədə büstə ziyan dəyib.

Bundan başqa, Veteranlar bağının yaxınlığında yerləşən yaşayış binasına, mülki obyektlərə də zərər dəyib.

"Report"un əməkdaşı ilə söhbət edən V.Orucovun keçmiş döyüş yoldaşları onun qəhrəmanlıqlarından danışıb.

Hazırda döyüşlər davam edir.

Qeyd edək ki, Azərbaycan Milli Qəhrəmanı V.Orucov 1956-cı ildə Tərtərin Xoruzlu kəndində anadan olub. O, orta təhsilini Xoruzlu kənd orta məktəbində alıb, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1975-ci ildə hərbi xidmətə çağrılıb, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirib. 1984-cü ildə V.Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb.

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxıb, Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılıb.

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç edib.

1993-cü il martın 22-də Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı ilə V.Orucov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında V.Orucovun büstü ucaldılıb. Həmin il 3 iyulda isə Tərtər şəhərində onun adına küçə verilib.

Ailəli idi, Camal adlı oğlu var.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər