dunya
13.10.2020
Liviyada daha iki kütləvi məzarlıq tapıldı

Liviyanın Tərhunə şəhərində iki kütləvi məzarlıq tapılıb.
dogruxeber.tv bildirir ki, şəhərin Qanuni Əl-Rabt bölgəsində aşkar edilən ilk qəbiristanlıqda dörd cəsəd tapılıb.
Bildirilir ki, birinci qəbiristanlıqdakı axtarışlar başa çatdıqdan sonra ikinci qəbiristanlıqda araşdırma başlayacaq.
Xatırladaq ki, keçən iyun ayından indiyədək paytaxt Tripoli və Tərhunədə bir neçə kütləvi məzarlıq tapılıb.
(“Haber Global”)


