gundem / sosial
27.10.2020
Daha bir yüksək rütbəli erməni zabiti məhv edildi - RƏSMİ

Oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.
dogruxeber.tv bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.


