dunya
10.11.2020, 16:15
İran atəşkəs razılaşmasına münasibət bildirib

İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar atəşkəs razılaşmasını müsbət qarşılayır.
dogruxeber.tv xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün Twitter səhifəsində yazıb.M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır.
Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.


