sosial
21.11.2020
Düşmənin talan etdiyi Ağdama ağac əkilir - FOTO

Hazırda işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilir.
dogruxeber.tv məlumat verir ki, Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar əkilir:
“Hazırda Ağdam rayonunun ərazisində əsasən, Xan çinarı və müxtəlif cinsli ağac tingləri əkilir. Eyni zamanda, palıd və digər meşəcinsli toxumlar səpilir”.
İ.İbrahimova qeyd edib ki, ETSN-nin ağacəkmə aksiyasına bütün qurumlar, ictimaiyyət nümayəndələri də qoşulub.


