hadise
1.12.2020, 17:37
Azərbaycanda daha bir vəkil koronavirusdan öldü
![]()
Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov vəfat edib.
dogruxeber.tv bildirir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, Y.Seyidov COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, noyabrın 28-də tanınmış vəkil Tahir Əlirzayev də koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!


