gundem / sosial
8.12.2020, 13:37
Maska taxmayan sərnişinlər cərimələndi - FOTOLENT

Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinləri və sürücüləri də müəyyən ediblər.
dogruxeber.tv DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər də cərimələniblər.











