dunya
9.12.2020
Xəstə olanda Bayden məni evimdə ziyarət etdi - Ərdoğan

Cozef Bayden mənim üçün yad biri deyil.
dogruxeber.tv xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan bildirib ki, Obama hakimiyyətdə olan vaxtdan tanışlığımız mövcuddur:
“Hətta, xəstə olanda evimdə məni ziyarət etmişdi. Çox təəssüf ki, dünyada siyasət çox çirkin şəkildə irəliləyir. Ağlına gələn həmin dəqiqə masaya sanksiyanı gətirir. Hazırda ABŞ-ın Türkiyənin silah alışı ilə bağlı addımlarını düzgün hesab etmirəm. Bundan başqa, görəcəklərimiz işlərlə bağlı açıqlama vermək də tezdir. Bayden işə başladıqdan sonra oturub müzakirələr aparacağıq”.


