Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı qaziləri ziyarət edib















Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qazilərlə görüşüb.

İcra Hakimiyyətindən verilən xəbərə görə, şəhər rəhbəri müavinləri və bir neçə ziyalı ilə birlikdə Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib.

Rəsmilər qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə onları təbrik ediblər.Niyazi Bayramov bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.

Söhbət zamanı qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Qazi Mahir Hüseynov qeyd edib ki, onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetiriblər. Bununla belə Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc və stimul verib: “Arxa cəbhənin dəstəyi biz hərbiçiləri döyüşə daha çox sövq edirdi. Bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.

Qazi Hüseyn Dadaşov bildirib ki, Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bir yumruq halında birləşə bilir: “Biz döyüşdə olarkən həm dövlətin, həm də xalqın dəstəyini hiss edirdik. Ordunun təminatı yüksək səviyyədə idi, bununla belə arxa cəbhədən də bizə xeyli sovqat gəlirdi. Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqı da bu qələbənin qazanılmasında əsas pay sahibidir”.

Niyazi Bayramov bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.

Qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
(Apa.az)

Oxunub: 830

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər