gundem / sosial
14.12.2020, 17:45
Bu ŞƏHİDİMİZ Xocalı soyqırımını törədən erməni POLKOVNİKİ ÖLDÜRÜB- FOTO

Vətən müharibəsinin qəhrəmanlarından biri şəhid Vüqar Cəfərovdur.
dogruxeber.tv Sonxeber.az-a istinadən xəbər verir ki, o , DİN-in Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin pulemyotçusu olub. Cəbrayıl Füzuli istiqamətində qəhrəmancasına şəhid olub. Baxmayaraq ki, sinəsindən iki ağır gülə yarası alıb, yoldaşlarını qorumaq üçün pulemyotu sinəsinə sıxaraq 20-dən çox düşməni məhv edib. Onların arasında Xocalı soyqırımını törədən "Dəhşət" ləqəbli erməni polkovniki Artur Qalstyan da var.
Şəhid anasının doğulduğu Cəbrayıl rayonunun Məzrə kəndini işğaldan azad edən vaxt şəhid olub. Yaxınlarının bildirdiyinə görə, bu onun həm də uşaqlıq arzusu idi. O, anasına bununla bağlı söz vermişdi.


