hadise
16.12.2020
Bakıda bir nəfər bağlı qapı arxasında köməksiz qaldı

Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.dogruxeber.tv bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


