MTK sədri tərəfindən təhqir olunmuş baş redaktor ölkə başçısına və Respublika hüquq mühafizə orqanlarına müraciət ünvanladı








Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənablarına

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarına

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, təhlükəsizlik xidməti general-polkovniki Əli Nağıyev cənablarına

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbov cənablarına

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının sədri Samir Nuriyev cənablarına


AÇIQ MÜRACİƏT


Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!

Hamımız çox gözəl bilirik ki, mətbuat xalqın tribunasıdır, dövlətçiliyimizin dayağıdır. Mətbuat orqanı olaraq (www.milletinsesi.info) vəzifəmiz xalqın səsini, harayını geniş ictimaiyyətə çatdırmaqdır.

Bir neçə gündür ki, Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda fəaliyyət göstərən “Proqress-2016” Mənzil Tikinti Kooperativi tərəfindən aldadılan bir qrup vətəndaşın problemlərin və cənab Prezident Sizə, eləcə də Mehriban xanım Əliyevaya ünvanladıqları müraciətlərini ("Emil Səməndərov tərəfindən aldadılan vətəndaşlar Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan kömək istəyir" adlı məqalə
http://milletinsesi.info/article/az/259538) işıqlandırmışıq.

Həmçinin, vətəndaşların mülkiyyət hüquqlarının pozulması istiqamətində apardığımız araşdırmalardan bəlli olmuşdur ki, “Proqress-2016” MTK-nın inşa etdiyi, 5 bloklu, 364 mənzil 500 nəfərdən çox vətəndaşa satılmaqla yüzlərlə vətəndaşı aldadılmışdır.

Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!

Qeyd etmək lazım gəlir ki, hüquqları pozulan insanlar bu günə qədər “Proqress-2016” MTK tərəfindən get-gələ, süründürməçiliyə salınmışdır. Nə verdikləri pulu ala bilirlər, nə də mənzillərini.

Vətəndaşların müraciətlərini dərc etdiyimə görə “Proqress-2016” MTK-nın sədri Emin Səməndərov adlı şəxs dünən saat 12.36 radələrində mənə 050 211 37 49 nömrə ilə telefonuma zəng edərək məni ən nəlayiq söyüşlərlə təhqir etmiş və məni öldürtdürüb, qanımı batıracağını bildirmişdir.

Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!

Haram pullar hesabına harınlamış MTK sədrinin ölüm hədələri təbii ki, məni eləcə də ailəmi çox narahat edir.

Hörmətli cənab Prezident,
Hörmətli, Cənablar!

Mənim əmin-arxayın yaşamağım naminə təhlükəsizlik tədbirləri görülməsinə və “Proqress-2016” MTK sədrinin söyüşlərinə hüquqi qiymət verilməsinə xüsusi göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.

Tam əminliklə deyə bilərəm ki, “Proqress-2016” MTK sədri layiq olduğu cəzanı alacaq, ədalət şər üzərində zəfər çalacaq.

Xatırlatmaq istəyirəm ki, unudulmaz, Ulu Öndərimiz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayardı: Dövlətçilik iki halda sarsıla bilər: “Bir günahkar cəzasız qalanda, bir də günahsız cəza alanda”.

Səmimi hörmətlə,
MillətinSəsi.info saytının təsisçici və
baş redaktoru Abbaslı Tahir Tapdıq oğlu

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər