DYP-dən hərəkət iştirakçılarına müraciət








Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

DYP-dən daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.

Lakin yoxlamalar zamanı müşahidə olunur ki, bəzi vətəndaşlar SMS vasitəsi ilə icazə alıb və ya buraxılış üçün əsas verməyən sənədlərlə postlardan keçməyə, daimi qeydiyyatda olduqları şəhər və rayonun ərazisindən müxtəlif yollarla çıxmağa çalışırlar. Bununla da müvafiq icazəsi olan şəxslərin ləngimələrinə, uzun müddət növbələrdə qalmalarına səbəb olur və onlara maneçilik törədirlər. İcazəsi olmayan şəxslər karantin postlarından buraxılmayacaqlarını nəzərə alıb, uzun məsafə qət edərək postlara gəlməklə həm vaxt itkisinə yol verməsinlər, həm də əlavə əziyyət çəkməsinlər.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edir. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı şəxsi məsuliyyətini artırmaqla, sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət etməklə bu qorxunc virusun geniş yayılmasının qarşısının alınmasında öz səylərini əsirgəməyəcək".sonxeber.az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər