Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...









"Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik".

Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:

"Peyvəndin virusa yoluxma, xəstəlik göstəricilərini azaltmasını gözləyirik. Daim virusda mutasiyalar gedir. Əgər çox ciddi bir mutasiyalar getməsə vaksinin effektivliyi yüksək olacaq. Yox, əgər gözlənilənlərin əksinə olaraq virusda ciddi bir mutasiya gedərsə, bu halda vaksinasiyanın effektivliyi aşağı enəcəyi üçün hələ də müxtəlif qorunma tədbirlərinin, qaydaların qalmasına ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada sərt karantin rejimini nəzərdə tutmuram. Amma sosial məsafənin saxlanılması, maskadan düzgün istifadə, əl gigiyenası ən azı qarşımızdakı il ərzində bizim davamlı həyat qaydamıza çevrilməlidir. Yəni, insanlar vaksinasiya olunduqdan sonra belə maska taxmalı, əl gigiyenasına riayət etməli və sosial məsafəni gözləməlidir.
Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.

Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz. İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.

Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq. Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır.(milli.az)

Son xəbərlər

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Bütün xəbərlər