“AzerGold”un kollektivi ordu sıralarından  tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib








dogruxeber.tv xəbər xerir ki,“AzerGold” QSC-nin kollektivi ordu sıralarından tərxis olunmuş həmkarları ilə görüşüb, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarından biri olan baş leytenant Muxtar Qasımlının məzarını ziyarət ediblər. Füzuli rayonun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin, Çovdar Filiz Emalı Sahəsinin əməkdaşları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilən Cəmiyyətin digər əməkdaşı baş leytenant Rauf Əsgərovun məzarını ziyarət edərək xatirəsini anıblar.

İdarə Heyətinin sədri Zakir İbrahimov görüşdə hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın hərbi və siyasi müstəvidə atdığı qətiyyətli addımlar, xalqımızın həmrəyliyi və ordumuzun hünəri sayəsində Azərbaycan düşmən üzərində tarixi zəfərə imza atıb.

İdarə heyətinin sədri xatırladıb ki, şəhid olmuş igid oğullarımızın sırasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər ikisi “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, Rauf Əsgərov həmçinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib”.

Zakir İbrahimov bildirib ki, “AzerGold” QSC-nin əməkdaşları kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa isqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov, Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər. Sədr mənfur düşmənə qarşı igidliklə vuruşan əməkdaşlar, eləcə də bu mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərlə qürur duyduğunu vurğulayıb.

Daha sonra Cəmiyyətin döyüşlərdə iştirak etmiş əməkdaşları öz təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolundan bəhs ediblər. Bildirilib ki, Azərbaycan ordusunun əzmkarlığı, ordumuzun ən müasir hərbi texnika ilə təmin olunması və şəxsi heyətin yüksək döyüş hazırlığı düşmənin məğlub edilməsinə öz layiqli töhfəsini verib.
“AzerGold”un kollektivi ordu sıralarından  tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib
“AzerGold”un kollektivi ordu sıralarından  tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib
“AzerGold”un kollektivi ordu sıralarından  tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər