SMS-icazə ləğv olub, avtobuslar isə hələ "qadağa altındadır": - “İnsanlar çörək qazanmaq üçün çıxmağa məcburdur”








Xəbər verdiyimiz kimi, ölkəmizdə bu gündən sərtləşdirilmiş karantin rejimi xüsusi karantin rejimi ilə əvəz olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, SMS-icazə sistemi ləğv olunsa da, həftəsonu ictimai nəqliyyatın hərəkətində olan məhdudiyyətlər hələ də qüvvədədir. Artıq uzun müddətdir ki, ölkəmizdə sərt karantin günlərində həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılır. Metronun da işləmədiyini nəzərə alsaq, şənbə və bazar günü əhali ancaq şəxsi avtomobillərin və taksilərin ümidinə buraxılıb.

Bu isə ikiqat problem yaradır. Çünki hər kəsin şəxsi minik avtomobili yoxdur və heç də hamı taksiyə pul verəcək qədər maddi imkan sahibi deyil. Üstəlik də nəzərə alaq ki, həftəsonu ictimai nəqliyyatın olmaması taksi şirkətlərinin qiyməti artırmasına münbit şərait yaradır. Hətta yaxın məsafəyə sifarişlə taksi tapmaq mümkünsüz olur, çünki sürücülər nisbətən yaxın məsafədə yol haqqının daha az olduğunu əsas gətirərək sifarişdən imtina edilər. Bu isə insanlara əlavə problem yaradır.

Onu da nəzərə alaq ki, həftsonları bir çoxları ancaq vacib işi olduğu təqdirdə evdən çıxır, bura xəstə və ya yaxınların ziyarəti, xəstəxana və ya digər zəruri ehtiyaclar daxildir.

Digər tərəfdən bir halda ki, SMS- icazə sistemi ləğv olunub, həftəsonu ictimai nəqliyyata qadağanın qüvvədə saxlanılması niyə və yaxud kimə lazımdır? Məsələn, günəmuzd işləyən şəxslər sərt karantindən sonra hətta həftəsonları da qazanc arxasınca getməyə məcburdurlar, ancaq ictimai nəqliyyatın olmaması onları gündəlik qazancdan da məhrum edir. Yaxud evində hansısa santexnik xidmətinə, ya başqa xırda təmirə ehtiyacı olan insan usta pulu ilə yanaşı, həm də həmin ustanın gəlməsi üçün taksi pulu da ödəməlidir. Hansısa şəxs həftəsonu zəruri ehityac üçün xəstəxanaya getməli olsa, taksidən başqa heç nəyə gümanı gəlmir. Bu isə onsuz da pandemiya şəraitində qazancı azalan, yaxud qazancdan tamamilə məhrum qalan insan üçün ikiqat xərcdir.

Ancaq görünür, sərt karantin rejiminin qüvvəyə minməsi və ya ümumi karantin rejimi ilə əvəz olunması barədə qərar verən insanlar və ya qurumları bunlar qətiyyən maraqlandırmır. Əgər iddia etdikləri kimi, qərarları insanların mənafeyi nəzərə alınaraq verirdilərsə, bu məqamları da diqqətdə saxlamalıi idilər.

Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, bu məsələni hansısa bir qayda ilə nizama salmaq olar:

"Bilirsiniz, əslində kiminsə vacib işi yoxdursa, evdən çıxmamağı məsləhətdir. Nəinki həftəsonu, eləcə də həftəiçi ictimai nəqliyyatdan istifadə etməməsi tövsiyə edilir. Ancaq təbii ki, kiminsə işi varsa, fəhlə adamdırsa, çörək qazanmaq üçün çıxmağa məcburdur. Belə insanlar üçün ictimai nəqliyyatın işləməsi məqsədəuyğun olar. Bunu isə ya hansısa yoxlanış yolu ilə, ya da başqa bir yolla nizamlamaq mümkün olar. Çünki bu məsələdə kasıb insanlar əziyyət çəkir”.

Həkim bildirir ki, bu məsələyə birtərəfli yanaşmaq da düzgün olmaz:

"Bizədə ictimai nəqliyyat bərbad vəziyyətdədir. Nəqliyyat vasitələrinin çatışmazlığı var. İstənilən halda basabas olur. Metronun da işləməməsi bu problemi daha da qabardır. Bəzi insanlar bunu başa düşmək yerinə, lazım oldu-olmadı, harasa gedirlər. Qərar da əslində bu cür insanlar üçün nəzərdə tutulur, amma indi qurunun oduna yaş da yanır”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər