Millət vəkili haqda ilginc məlumat-FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Milli Məclisin deputatı, "Kontakt Home"nin sahibi Elnur Allahverdiyevin vaxtlə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil.
Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu. MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev də o zaman mətbuata açıqlama verərək məsələni bununla bitmiş saymışdı.
Amma...
Üstündən 1 il keçsə də ortada bunu təkzib edən fakt var və bu fakta XİN-in Dövlət Protokol İdarəsi cavab verməli, Mərkəzi Seçki Komissiyası Elnur Allahverdiyevin mandatının taleyi ilə bağlı aydınlıq gətirməlidir.
Aşağıda Sloveniyanın rəsmi qəzetindən (Uradni list Republike Slovenije) Elnur Allahverdiyevin bu ölkənin fəxri konsulu vəzifəsindən azad edilməsi ilə bağlı arayışın saxta olduğunu, əslində namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Rəsmi qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub.
Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı MSK-nın XİN-in Dövlət Protokol İdarəsinə istinad etdiyi arayış saxta olub, namizədin özünün hər hansı xarici ölkə qarşısında öhdəliyinin olmadığı barədə verdiyi məlumat həqiqəti əks etdirməyib.
Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. İndi isə Elnur Allahverdiyev deyir ki, MSK-ya təqdim olunmuş arayış XİN-in Dövlət Protokol İdarəsi tərəfindən yox, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğu və Türkiyədəki səfirliyi tərəfindən verilib və orada onun Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin 29 dekabr 2019-cu il tarixdə bitdiyi, bu ölkə qarşısında heç bir öhdəliyinin olmadığı qeyd olunub.
Deputat Elnur Allahverdiyevin özünün göndərdiyi cavabı təqdim edirəm: "Cavab olaraq bildirmək istəyirəm ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğunun məktubuna əsasən, Fəxri Konsul Vəsiqəmin etibarlılıq müddətinin 29.12.2019-cu il tarixdə bitdiyi qeyd olunmuşdur. 29 dekabr 2019-cu il tarixindən konsulluq fəaliyyətim dayandırılmışdır. Eyni zamanda, Türkiyə Respublikasında yerləşən Sloveniya Respublikasının Səfirliyi tərəfindən də Fəxri Konsul kimi Sloveniya Respublikası qarşısında hər hansı öhdəliyimin olmadığı göstərilmişdir".
Əsas sualın cavabı isə açıq qalır, 2019-cu ilin dekabrında fəaliyyətinə xitam verilmiş fəxri konsulu Sloveniyanın baş naziri vəzifəsindən necə azad edib?
Yəqin ki, MSK və onun məsuliyyəti üzərinə yönəltdiyi XİN-in Dövlət Protokol İdarəsi aydınlıq gətirər, Sloveniya dövləti adından kim çıxış edib?
Cavanşir Həsənli
Millət vəkili haqda ilginc məlumat-FOTO
Millət vəkili haqda ilginc məlumat-FOTO
Millət vəkili haqda ilginc məlumat-FOTO
Millət vəkili haqda ilginc məlumat-FOTO

Son xəbərlər

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

Bütün xəbərlər