AMEA-dan daha bir şübhəli TENDER
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "Alov-Mühafizə” MMC olub.
"Alov-Mühafizə” MMC 11 ay ərzində 6 nəfər mühafizəçi və 1 nəfər qeydiyyatçı olmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası "Alov-Mühafizə” MMC –yə 50 min 8 manat 22 qəpik ödəyəcək.
Məlumt üçün bildirək ki, "Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı "Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Qeyd edək ki, 4 ay əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının keçirdiyi analoji tenderin qalibi "Vətən-N Mühafizə Xidməti” MMC olub.
"Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil etmək üçün 39 min manat alıb.
"Vətən-N Mühafizə Xidməti” MMC yeni yaranıb. Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı "Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.
Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan "Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir.
Onu da bildirək ki, mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda "Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda "Alov-Mühafizə” MMC-nin də "Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.
Xatırladaq ki, 2009-cü ildə təsis olunan "Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz "Alov-Mühafizə” MMC qalib olur.
Maraqlıdır ki, cəmi 4 ay əvvəl AMEA-nın keçirdiyi tender müsabiqəsində Qasımov Etibar Ağahüseyn oğlu Azərbaycanda onlarla, yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən "Alov-Mühafizə” MMC, ya da 2009-cu ildən fəaliyyət göstərən "Riyad Mühafizə Xidməti” MMC ilə deyil, yeni yaranan "Vətən-N Mühafizə Xidməti” MMC ilə iştirak edib.
Onu da bildirək ki, Etibar Qasimov eyni zamanda İctimai Nəzarət Koalisiyasının sədr müavinidir. İNK sədri isə bir müddət əvvəl qalçaqllı videosu ilə gündəmə gələn 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın qardaşı Rasim Məmmədovdur.
Məlumat üçün onu da qeyd edək ki, AMEA-nın İşlər İdarəsi mühafizə xidmətinin satın alınması məqsədilə daha əvvəl kotirovka sorğusu elan edib. Kotirovka sorğusu barədə elanı "Xalq qəzeti”nin rəsmi veb-səhifəsinə 18.09.2020-ci il tarixində saat 00:18-də yerləşdirilib. Tender elanında kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlərin imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etmələri qeyd olunub. Bildirilib ki, göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Maraqlıdır ki, 17.09.2020-ci il saat 12.00-da başa çatan müsabiqə elanı 18.09.2020-ci il saat 00:18-də açıqlanıb.

AMEA-dan daha bir şübhəli TENDER
AMEA-dan daha bir şübhəli TENDER
AMEA-dan daha bir şübhəli TENDER
AMEA-dan daha bir şübhəli TENDER

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər