Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...





Xatırladaq ki, 29 aprel 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Eks icra başçısı Mahir Quliyev saxlanılmışdı. Keçən ilin aprel ayının 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, ölkənin bir neçə rayonunda icra başçılarının həbsi və istintaqa cəlb olunması insanlar tərəfindən böyük rəğbətlə qarşılandı, o cümlədən də Biləsuvar rayonunda. Biləsuvar sakinləri eks icra başçısı Mahir Quliyevin və onun pul yığanlarının əlindən zinhara gəlmişdi. Demək olar ki, Biləsuvar rayonunda işıqlı sabahlara yollar açıldı. 24 Avqust 2020-ci il Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Əslində, bu təyinatdan ölkə əhalisi, o cümlədən Biləsuvar sakinləri çox şeylər gözləsə də, yenə Biləsuvar rayonunda “Köhnə hamam, köhnə tasdır”.

Həbs edilən eks İcra Başçısı Mahir Quliyevin təyin etdiyi kadrlar yenə də rayonda at oynadırlar. Demək olar ki, zəhmətkeş Biləsuvar rayonu icra başçısı sarıdan bəxti heç vaxtı gətirməyib. Necə deyərlər... pulunu ver şəklini çəkdir!

Biləsuvardan verilən məlumata görə, DTX tərəfindən xüsusi əməliyyat tədbiri ilə həbs edilən eks icra başçısı Mahir Quliyevin əsas kadrları yenidən vəsifələri bir az da yüksəlir, rayonu daha da bərbad hala salmağa rəvac verir. Mənbə bildirir ki, Mahir Quliyevin ən yaxın silahdaşlarından olan, bir vaxtlar onu tənqidi medianın cəngindən canfəşanlıqla alan Ramil Həsənzadə Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə gətirilir. Deyilənə görə, həbs edilmiş Mahir Quliyevin ən yaxın silahdaşı sayılan Ramil Həsənzadə yeni təyin edilmiş icra başçısı Faiq Qürbətovla da dil tapmağa nail olub, şöbə müdiri vəzifəsinə təyin olunmaq üçün razılıq alıb. Ramil Həsənzadənin sənədləri şöbə müdirlüyünə təsdiq olunmaq üçün artıq Prezident Aparatına göndərilib. Yaxın günlərdə Ramil Həsənzadə Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunacaq.

Çox qəribədir, Ramil Həsənzadə icra başçısı Faiq Qürbətovu necə raz salıb? Əslində, Ramil Həsənzadənin hər hansı bir cinayətdə ortaq əli yoxdursa, yenidən yüksək vəzifəyə təyin oluna bilər. Sadəcə, əgər həbs olunan eks icra başçısı Mahir Quliyevin köhnə komandası rüşvətə, korrupsiyaya yol açırdılarsa, onların nəinki vəzifələri daha da yüksəlməli, hətta vəzifələrindən azad olunmalıdır. Bir sözlə, yeni təyin olunan icra başçısı rayonda islahat aparmalı, gənc kadrların yüksək səviyyə də işləməsi üçün şərait yaratmalıdır. Axı prezident İlham Əliyev və Biləsuvar əhalisi Faiq Qürbətovdan rayonun inkişafı üşün prespektivli işlər gözləyir?!

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq. //XəbərAl.az//

Oxunub: 762

Son xəbərlər

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Bütün xəbərlər