“Sofiya” şadlıq sarayının sahibi ZORBALIQ EDİR... - GİLEY








“Sofiya” şadlıq sarayının sahibi ZORBALIQ EDİR...
İş adamı Əliyev Tahir Təmraz oğlu Bakıda, 20 yanvar küçəsində, məşhur “Qızıl Tac” şadlıq sarayı ilə üzbəüz özünə təmtəraqlı “Sofiya” şadlıq sarayı tikdirib. Sarayı tikdirdikdən və tam təmir etdirdikdən sonra isə tikintini aparan briqadaya olan 260 min manatlıq borcunu verməkdən imtina edib. Hazırda isə iş adamı borclu olduğu şəxsləri təhdid edir...

Bu barədə “Sofiya” şadlıq sarayını tikən və təmir edən briqadanın icraçıları olan Sərvər Məmmədov və Xeyrulla Abuşovun PİA.az-a müraciətində bildirilir.

İcraçlar bildirirlər ki, sarayın tikintisi müddətində Tahir Əliyev onları dəfələrlə aldaıb və müxtəlif vədlər verib. İşlər başa çatdıqdan sonra isə Tahir Əliyevin borcu 264 min manat təşkil edib. Sarayın tikintisi başa çatdıqdan sonra isə Tahir Əliyev ümumiyyətlə fəhlələrin pulunu verməkdən imtina edib. Uzun müddət davam edən mübahisələr Sərvər Məmmədovun səhhətinə də ağır təsir edib və o, ürəyindən açıq əməliyyat keçirib.

Şikayətçi Xeyrulla Abuşov bildirir ki, bu müddət ərzində Tahir Əliyev dəflərlə onu təhqir edib və hədələyib: “Mən Tahir Əliyevə deyəndə ki, bu məsələni belə qoymayacam və dövlət qurumlarına şikayət edəcəm, o, məni hədələyərək, “səni yox etdirərəm hünərin çatır kiməsə şikayet et”, dedi. Bundan sonra mən Daxili İşlər Nazirliyinə müraciət etdim. Şikayətimdən sonra Tahir Əliyev mənimlə görüş istədi və görüşdüyümüz zaman mənə 60 min manat ödəyəcəyini deyərək, şikayətimi geri almağı tələb etdi. Lakin mən bundan imtina etdim”.
Zərərçəkən qeyd edir ki, onun imtinasından qəzəblənən Tahir Əliyev “get kimə istəyirsən, şikayət elə, sənin pulunu verməyəcəyəm”, deyərək yanındakı adamları ilə birlikdə onu döyməyə başlayıblar. “Zeytunluq” deyilən ərazidə baş verən bu görüşdən sonra Xeyrulla Abuşov yenidən Daxili İşlər Nazirliyinə müraciət edib. Lakin hələ də onun şikayətinə qurumdan cavab verən yoxdur və baş verənlərlə bağlı araşdırma belə aparılmır. Hər halda Xeyrulla Abuşov iddia edir ki, DİN-dən onunla maraqlanan olmayıb.

Sərvər Məmmədov və Xeyrulla Abuşov bildirir ki, onlara və tikintidə çalışan fəhlələrə küllü miqdarda maddi və mənəvi ziyan dəyib. Xeyrulla Abuşovun dediyinə görə tikintinin getdiyi müddətdə Tahir Əliyevin vədlərinə inanaraq fəhlələrin pulunu ödəmək üçün maşınını və evini satıb. Lakin hələ də onlara borcu var.

Maraqlıdır ki, iş adamı Tahir Əliyev tikinti və təmir işləri başa çatdıqdan sonra “Sofiya” şadlıq sarayını başqasına satıb və hazırda “Sofiya” şadlıq sarayı ona məxsus deyil.

Zərəçəkənlər isə Daxili İşlər nazirinə bir daha müraciət edərək, şikayətlərinin araşdırılmasını və onlara dəyən ziyanın ödənilməsinin təmin olunmasını xahiş edirlər.

Şikayətlə bağlı qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq...

Oxunub: 632

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər