Mərkəzi Bank inflyasiyanı idarə etməyə çalışır: - BACARACAQMI?








Dünya Bankından bildirilib ki, Azərbaycanda avtomobil yanacağının, eləcə də su təchizatının tariflərinin (100 faiz) artmasına baxmayaraq, inflyasiya, çox güman ki, Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalacaq.

Dünya Bankının iqtisadçılarının fikrincə, sözügedən tariflərin artması daha yüksək qiymətlərə yol açacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4 faiz diapazonunda formalaşacağını bildirmişdi.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib, təkcə yanvar ayında isə illik inflyasiya 3,3 faizə bərabər olub.

Dünya Bankının açıqlaması ilə bağlı “Şərq”ə şərh verən iqtisadçı-ekspert Kazım Məmmədov sözügedən tarif artımlarının ölkədə bütün qiymətlərdə artıma səbəb olacağını bildirdi:

“Əvvəla, inflyasiyaya təsir edən amilləri xarakterizə edərkən məsələyə bir qədər geniş yanaşmaqda fayda var.
Birincisi, inflyasiya ölkə həyatının bütün sahələri ilə sıx surətdə bağlıdır.

Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və s. inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabiliyyətinə malikdir.

Doğrudur, bu gün benzin, dizel və ya suyun tariflərinin artmasına baxmayaraq, Mərkəzi Bank inflyasiyanı hədəf diapazonunda idarə etməyə çalışacaq, lakin inflyasiya səviyyəsinə təsir göstərən digər amillər (Bu gün Regional və beynəlxalq münasibətlər də qaynar hərəkətlilik göz qabağındadır) bu hədəfin bir qədər aşmasına səbəb olacaq.

İstənilən halda yuxarıda qeyd etdiyimiz tarif artımları bütün qiymətlərdə artıma səbəb olacaq. Yeri gəlmişkən, biz artıq bu artımları açıq-aşkar hiss etməkdəyik. İqtisadi münasibətlər bir çox hallarda inzibati təsirlərin həddən çox olmasından dolayı öz təbiiliyini itirir, bu da zamanla öz təsirini göstərir”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər