Deputat erməni terrorunda yaralanmış mülki şəxslərin də müalicə xərcini "Yaşat"ın ödəməsini təklif edir



















"Azərbaycanda şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni daima xüsusi diqqət mərkəzində saxlayırlar”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, eyni zamanda, bu istiqamətdə işlərə dəstək vermək üçün “Yaşat” Fondu yaradılıb: "Fond vasitəsilə vətəndaş cəmiyyəti həmrəylik göstərərək, bu kateqoriyadan olan insanlara dəstək olurlar. Hər kəsə məlumdur ki, 44 günlük müharibə zamanı xalqımız necə ağır sınaqlarla üz-üzə qaldı. O cümlədən, Bərdə və Gəncə şəhərlərində mənfur düşmən tərəfindən mülki şəxslərə qarşı amansızca terror aktları törədilib. Bu hücumların nəticəsində Bərdədə 29 mülki şəxs həlak olub, 103 nəfər yaralanıb. Onlardan bəzilərinin müalicələri hələ də davam etdirilir. Lakin müalicə xərclərinin ödənilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşən vətəndaşlar tərəfindən bizə çoxsaylı müraciət daxil olur.

Ona görə də, təklif edirəm ki, müharibə dövründə terror nəticəsində yaralanmış mülki vətəndaşlarımızın müalicə xərclərinin də "Yaşat" Fondu tərəfindən ödənilməsi məsələsinə baxılsın. “Yaşat” Fondunun Müşahidə Şurasında təmsil olunan həmkarlarımdan xahiş edirəm, bu məsələni Şurada qaldırsınlar və həlli istiqamətində müvafiq köməklik göstərsinlər. Eyni zamanda, bu vətəndaşlarımıza əlilliyin təyinolunması ilə də bağlı ciddi narazılıqlar var və bunun həll edilməsində dəstək olmağımız çox vacibdir. Ümid edirəm ki, aidiyyəti qurumlar problemin həlli istiqamətində lazımı köməklik göstərəcək. Həmin terror aktlarından zərər çəkmiş insanlarımızın daim yanında olmalı, onların problemlərinin həllində əlimizdən gələni əsirgəməməliyik".

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər