"Əksinə, mənə qarşı hücumlar başlandı..." - Lerikdə NƏ BAŞ VERİR?






Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana

Surətləri:

1. İran İslam Respublikasının Prezidentinə

2. Pakistan İslam Respublikasının Prezidentinə

3. “DİA.az” saytının rəhbəri Məhəmməd Ərsoya

4. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə

SSRİ, Azərbaycan və Yeni Nəsil Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, sabiq dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü, politoloq, “Həqiqət carçısı” qəzetinin redaktoru İlham İbadlıdan

Müraciət!

Və yaxud “Lerikdə göyə sovrulan milyonlar”

2019-cu ilin söhbətidir. Lerik rayonundakı Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində yol vermiş ciddi nöqsanlarla əlaqədar Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qəbulunda oldum. Ona ölkə Prezidentinin sərəncamı ilə ayrılmış milyonların həmin yolda göyə sovrulması haqqında ətraflı məlumat verdim. Ölkə Prezidenti həmin 36 km-lik yolun tikintisi üçün üst-üstə 15 milyondan artıq pul ayırmışdır. Lakin yolun real vəziyyəti göz qabağında idi. Aşıq-aşkar sezilirdi ki, bu qədər vəsait yola xərclənməyib.

İnsafla desək, Hesablama Palatasının sədri məni səbr və təmkinlə dinləyirdi. O, məndən soruşdu ki, qeyd etdiklərin faktla bağlı əlində dəlil varmı? Cavabında ona çatdırdım ki, yolun hazırki durumu ilə bağlı video-kasset hazırdır. Mən video-kassetin surətini çıxardıb sədrə təqdim etdim. Sədr öz işçiləri vasitəsilə 36 km-lik yolun tikintisi ilə bağlı vəziyyəti araşdırdı. Qeyd etdiklərim tamamilə təsdiqləndi. Sonradan mənə, Lerik İcra Hakimiyyətininə və “Azəravtoyol” ASC -yə məktublar göndərildi. Bir qədər vaxt keçdikdən sonra yolun tikintisi ilə bağlı heç bir dönüş olmadı. Bir məsələni də vurğulamaq istəyirəm ki, sözügedən yolun tikintisi ilə bağlı ölkə Prezidenti Lerik rayon İcra Hakimiyyətinə 9 (doqquz), “Azəravtoyol” ASC-yə 6,6 (altı tam onda altı) milyon manat vəsait ayırmışdı. Elə ilk baxışdan dövlət büdcəsinin bu qədər vəsaitinin göyə sovrulması göz önündə idi.

Lerik rayon İcra Hakimiyyəti aparatından 30 may 2019-cu il tarixində mənə müavin Habil Məlikovun imzası ilə bir məktub gəldi. Həmin məktubda qeyd olunurdu ki, 2019-cu ildə yolun tam bərpası nəzərdə tutulmuşdur. Lakin bu məktubdan da bir yenilik hasil olmadı. Əksinə, mənə qarşı hücumlar başlandı. Vəziyyəti nəzərə alaraq təkrar 2019-cu ilin sentyabr ayının 25-də Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda oldum. Rayonda yol verilmiş ədalətsizliklərlə əlaqədar və baş vermiş cinayətlər haqqında cənab nazirə bildiyim faktları dedim. Nəticəsi nə oldu? 2008-ci ildən yaşadığım evə Lerik rayon İcra Hakimiyyəti başçısının “xidmətçi” olan bir qadın salındı. Özü də Lerik rayon Polis şöbəsinin əməkdaşlarının əli ilə. Polis Şöbəsinin sahə rəisi işləyən bir şəxsin, Həşimxan adlı birisinin, orada olması lap təəccüb doğurur. Budurumu göyə sovrulan milyonların qarşısını almağın cəhdi? Hesab edirəm ki, heç olmazsa, cənab Ərdoğan bu məslədə mənə kömək göstərəcəkdir. // Dia.az

Oxunub: 499

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər