gundem / sosial
2.03.2021, 11:46
Ötən il 795 cinayət işi məhkəmələrə göndərilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə 795-dir.
Belə ki, 2020-ci il ərzində prokurorluq orqanları tərəfindən 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.


