Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? - İlin ikinci yarısında...







dogruxeber.tv bildirir ki, 2020-ci ildə olduğu kimi 2021-ci ildə də ərzaq mallarının qiymətindəki artım sürəti qeyri-ərzaq və pullu xidmətlərin dəyərindəki artımdan daha böyükdür.

Rəsmi statistikaya əsasən, ötən il qeyri-ərzaq malları 1,3 faiz, pullu xidmətlər 1 faiz bahalaşdığı halda ərzaq mallarında bahalaşma 4,6 faiz olub. 2021-ci ildə də ərzaq mallarının bahalaşma sürəti zəifləməyib. İlin ilk 2 ayına aid olan məlumatlar göstərir ki, qeyri-ərzaq malları 3,7 faiz, pullu xidmətlər 3,3 faiz bahalaşdığı halda ərzaq məhsullarının qiyməti 5,3 faiz yüksəlib. Ərzaq məhsullarında bahalaşma əksər mal qruplarında qeydə alınıb və bəzi məhsullar üzrə qiymət artımı hətta 10 faizi ötüb.

Bəs, ərzaq mallarının bu dərəcədə bahalaşmasının səbəbi nədir? Qiymət artımı daxili, yoxsa xarici amillərlə bağlıdır?

Sfera.az bildirir ki, həm 2020-ci ildə, həm də bu il ərzaq mallarının sürətlə bahalaşmasının əsas səbəbi dünyada ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) 2021-ci il martın 4-nə olan məlumatına əsasən ərzaq qiymətlərində ötən ilin iyun ayından başlayan artım 2021-ci ilin fevral ayında da davam edib. Bu ilin fevralında qiymətlərdə bahalaşma illik müqayisədə 10,5 faizə yüksəlib.
FAO-nun məlumatlarından aydın olur ki, son bir ildə süd məhsulları 9,9 faiz, taxıl 26,5 faiz, bitki yağları 51 faiz, şəkər məhsulları 9,5 faiz bahalaşıb. Yalnız ət məhsulları 4 faiz ucuzlaşıb.

Azərbaycanda pərakəndə ticarət yolu ilə satılan məhsulların 36 faizi idxal mallarının payına düşür. İdxal mallarında qeyri-ərzaq mallarının payı daha böyük olsa da burada ərzaq malları da az paya sahib deyil. Buna görə də xaricdə ərzaq mallarının bahalaşması paralel olaraq Azərbaycanda da müşahidə edilir.

Dünyada ət ucuzlaşdığına görə ölkəmizdə ümumən ət qiymətləri enib. Amma çörək və çörək məmulatları 4,1 faiz, süd və süd məhsulları 6,5 faiz, kərə və digər yağlar 4,2 faiz, meyvə-tərəvəz 10 faizdən çox, şirniyyat 4,3 faiz bahalaşıb.

Dünyada ərzaq qiymətlərinin konyukturu hələ də yüksəlişə doğrudur. Hələ də pandemiyanın aradan qalxmaması, ərzaq ehtiyatlarının toplanmasının davam etməsi, bunun qarşılığında kənd təsərrüfatı məhsullarının istehsalının yetəri qədər artmaması bahalaşmaya şərait yaradır. Buna görə də beynəlxalq qurumların ekspertləri hesab edir ki, daha bir neçə ay qlobal ərzaq qiymətlərində artım davam edəcək və yaxud qiymətlər indiki yüksək səviyyədə qalacaq.
Deməli, xarici konyukturun əlverişli olmaması səbəbindən Azərbaycanda da ərzaq qiymətlərində yüksəlişin davam etməsi gözlənilir. Bahalaşma trendinin yalnız ilin ikinci yarısında səngiyəcəyi güman olunur.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər