“Əli Həsənov nəhəng bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu” - deputat












“Deyirlər, Əli Həsənov mətbuatı məhv etdi. Tamamilə doğrudur”.

dogruxeber.tv-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyev bildirib ki, bunun əyani sübutu qəzet köşklərini seyr etməkdir: “Qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir. Qəzet həm də arxivivdir. Sayt-filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov "AzərKitab" deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra "AzərKitab"ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi. "Kitab evi", "Kitab passajı", "Akademkitab" kafelərə və paltar mağazalarına çevrildi. Kitab satılan yerlərin, demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş. Elə bir situasiya yaranıb ki, indi bunları bərpa etmək də mümkün deyil. Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damcının rəngini təmizləmək, demək olar ki, mümkün deyil”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər